Vaqif Sadıqov “Neftçi”ni istirahətə yolladı
30.09.2009 - 11:56
Bakının “Neftçi” klubu futbolçularını bu gün istirahətə buraxıb. Komandanın məşqçisi Arif Əsədov apasport.az saytına açıqlamasında bildirib ki, oktyabrın 4-dək məşqlərə ara verilib. “Neftçi” də digər klublarımız kimi UniBank Premyer Liqasında yaranan uzun müddətli fasilədən istifadə edərək, futbolçularının bir qədər dincəlməsinə imkan yaradıb. Ancaq komandanın son məşqini keçən Əsədovun sözlərinə görə, istirahət qısa müddətli olacaq: “Məşqimizdə 9-10 futbolçu var idi ki, bu da səbəbsiz deyil. Bir sıra futbolçular əsas və 21 yaşlılardan ibarət yığmalarımıza, estoniyalı müdafiəçilərimiz Dmitri Kruqlovla Taavi Rahn isə öz milli komandalarına dəvət alıblar. İstirahət bitəndən sonra hazırlıq Bakıda bərpa olunacaq. Yeni baş məşqçimiz Vaqif Sadıqov bugünkü hazırlıq prosesində iştirak edirdi. O, məşqi kənardan izlədi”.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0