Berti Foqtsdan növbəti iddia: “Herta”nın baş məşqçisi olmaq təklifi almışam
30.09.2009 - 12:18
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsa yeni müştəri çıxıb. Apasport.az saytının məlumatına görə, vətənindən növbəti təklif alan 63 yaşlı alman mütəxəssisə bu dəfə Berlinin “Herta” klubu elçi düşüb. Yeni baş məşqçi axtarışında olan paytaxt təmsilçisi bu postda Foqtsu görmək istəyir. Elə millimizin çalışdırıcısı da Almaniya mətbuatına açıqlamasında bu təklifin olduğunu təsdiqləyib: “Onu qeyd etməliyəm ki, biz hələ “Herta” rəhbərliyi ilə razılığa gəlməliyik. Mən Berlində çox böyük, istifadə olunmayan potensial görürəm. İlk növbədə onların hədəfinin nə olduğunu bilməliyəm”. İki gün əvvəl istefaya göndərilən Lüsyen Favrın xələfi Foqtsla yanaşı, Lotar Matteus və ya Yurgen Reber ola bilər.
Qeyd edək ki, ötən ilin aprelin əvvəlində milli komandamızın baş məşqçisi təyin edilən almaniyalının AFFA ilə imzaladığı müqavilənin müddəti cari seçmə mərhələnin sonunda bitir. Alman həmkarlarımız da anlaşmanın gerçəkləşməsində yeganə maneə kimi bunu görür. Foqts bir müddət əvvəl “Hamburq”un idman direktoru olmaq təklifini aldığını öz ölkə mətbuatına bildirmişdi.

- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0