UEFA “Neftçi” - “Jerminal” görüşünün hakimini yenə Bakıya göndərir
30.09.2009 - 14:38
2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan – Rusiya oyununu idarə edəcək ingilis Hovard Uebbin köməkçiləri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə 38 yaşlı tanınmış FİFA referisinə həmyerliləri Darren Kann, Mark Mullarkey və Mark Klattenburq yardım edəcək. Oyunun hakim-inspektoru slovakiyalı Yozef Marko, komissra polşalı Stanislav Spejik təyin olunub.
Qeyd edək ki, UEFA-nın Hakimlər Komitəsinin təyin etdiyi bu ingilis hakimlərdən Klattenburqun Azərbaycanla yolu kəsişib. O, ötən il İntertoto kubokunun ikinci mərhələsi çərçivəsində “Neftçi”nin Belçikanın “Jerminal” klubu ilə iyulun 12-də keçirilən ev oyununu idarə edib. Həmin görüşdə milli komandamızın müdafiəçisi Elnur Allahverdiyevin vurduğu qolla 1:0 hesabı ilə qalib gələn “Neftçi” üçüncü mərhələyə yüksəlib. 15 aylıq fasilədən sonra Bakıya gələn Mark bu dəfə Respublika stadionuna ehtiyat hakim kimi çıxacaq.

- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0