“Bakıdakı nəticəyə görə futbolçuları söymək lazım deyil”
17.10.2009 - 12:05
“Milli komandamızın Azərbaycan yığması ilə səfər oyununda belə ssenariyə hazır idim. Başa düşürdüm ki, futbolçularımız Bakıda qələbə qazanmaya da bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının sabiq futbolçusu Dmitri Aleyniçev deyib.
“Portu” klubunun heyətində Çempionlar Liqasının və UEFA kubokunun qalibi olmuş 37 yaşlı keçmiş yarımmüdafiəçi milli komandasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla Bakıdakı oyunda (1:1) xal itirəcəyini gözləyirmiş: “Axı gözəl bilirdik ki, bu görüş heç nəyi həll etmir. Bəli, bizə nüfuz naminə qələbə qazanmaq lazım idi. Ancaq elə heç-heçə də faciə deyil. Sadəcə, futbolçularımızın bütün fikirləri pley-off oyunlarında idi. Baş məşqçimiz Qus Hiddink də heyəti bir az dəyişdi. Belə oyunlarda motivasiya həlledici görüşlərdən az olur. Buna görə də futbolçularımızı Bakıdakı nəticəyə görə həddən artıq söymək lazım deyil. Tezliklə pley-off oyunları olacaq. Bu zaman komandamız daha yaxşı çıxış edib, rusiyalı azarkeşlərə bayram yaşatmalıdır”.

- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
0
0