Eyni rəqib, eyni nəticə
19.10.2009 - 09:49
İranda təlim-məşq toplanışında olan Azərbaycanın çimərlik futbolu üzrə milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız Asiya çempionu, dünya çempionatına final mərhələsinə hazırlaşan İranın əsas komandasını sınağa çəkib.
Görüş meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə nəticələnib. Futbolçularımızdan Renat Sultanov və Ruslan Yusubov fərqləniblər. Emil Cabbarovun rəhbərlik etdiyi kollektiv İranla sonuncu, üçüncü yoldaşlıq görüşünü oktyabrın 20-də keçirəcək.
Qeyd edək ki, yığmamız oktyabrın 16-da baş tutan ilk yoxlama matçında da iranlılara uduzmuşdu (0:3).

- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
0
0