Premyer Liqada növbəti hakim qalmaqalı
19.10.2009 - 12:15
Futbol tarixinin ən unikal qollarından birini qeydə alan hakim cəzalanacaq. Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının son turunda keçirilən “Sanderlend” – “Liverpul” matçını idarə edən Mayk Cons meydan sahiblərinin qalmaqala səbəb olan qolunu qeydə almaqla, səhvə yol verib.
İngiltərə Hakimlər Komitəsi referi ilə bağlı sərt tədbirə əl atmaq niyyətindədir. Məsələ ondadır ki, matçın 5-ci dəqiqəsində Darren Bentin vurduğu kuryoz qol hesaba alınmamalı idi. Çünki onun zərbəsindən sonra top azarkeşlərin meydana atdığı plastik şara dəyib qapıya sıçramışdı. Pepe Reyna iki girdə əşyanı qarşısında görüb çaşdığından hansını qaytarmalı olduğunu bilməyib. FİFA qaydalarına uyğun olaraq, kənar müdaxilə ilə vurulan qol qeydə alınmamalı olsa da, Cons kobud səhvə yol verib. “Sanderlend” fanatları qırmızı topun liverpullu azarkeşlərə məxsus olduğunu iddia etsə də, istənilən halda bu qayda pozuntusudur.
Qeyd edək ki, qalmaqallı qol “Sanderlend” – “Liverpul” matçında yeganə olub.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0