Yığmamızın sabiq futbolçusu hakimləri təhqir edib
20.10.2009 - 12:18
Bu gün AFFA-nın mənzil-qərargahında İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda Azərbaycan çempionatında baş verən neqativ hallara hüquqi qiymət verilib.
VII turun “Qəbələ” – “Olimpik-Şüvəlan” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində “Qəbələ”nin məşqçisi, milli komandamızın sabiq futbolçusu Vidadi Rzayev hakimləri təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb və 4 oyunluq cəzaya məruz qalmaqla yanaşı, 4000 manat cərimələnib. 86-cı dəqiqədə meydana kənar əşya atıldığından, “Qəbələ” daha 2000 manat ziyana düşüb.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0