Roman Pokora qələbənin sirrini açıqladı
20.10.2009 - 17:45
“Standard” çox yaxşı komandadır. Onların “Karvan”la oyununu izləyib, yaxşı təhlil etmişdim. Topla yaxşı rəftar etməyi bacaran rəqibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Roman Pokora deyib.
Ukraynalı mütəxəssis Unibank Premyer Liqasının təxirə salınan III turunun “Standard”la oyunundan sonra keçirilən mətbuat konfransında yetirmələrindən razılığını bildirib: “Oyun bərabər səviyyədə keçdi. Lakin futbolçularımızın ustalıq səviyyəsi özünü göstərdi. Bunun da nəticəsində qalib gəldik. Düzünü deyim ki, belə vəziyyətdə oynamaq çətindir. Cəmi iki günlük aradan sonra uzun məsafə qət edib oyuna çıxmaq heç də asan deyildi. Lakin əsas qələbə qazanmaq idi. Bunu da bacarıb uğurlu seriyamızı davam etdiririk”.
Qeyd edək ki, “Standard” – “Simurq” oyunu 1:2 hesabı ilə nəticələnib.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0