“Simurq” rekordçu oldu
20.10.2009 - 23:12
Zaqatalanın “Simurq” klubu Azərbaycan Premyer Liqasında şəxsi rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, ötən çempionatda bürünc medallara sahib çıxmış əyalət komandası tarixində ilk dəfə ardıcıl 5 qələbə qazanıb. Cari mövsümə uğursuz başlayan və 2 oyunda cəmi 1 xal toplayan Roman Pokoranın yetirmələri son iki ayda məğlubiyyətin nə olduğunu bilmirlər.
Bu müddət ərzində “Simurq” “Bakı” (2:1), “Qarabağ” (1:0), “Neftçi” (1:0), “Karvan” (2:0) və “Standard”ı (2:1) məğlub edib. Hazırda Zaqatala təmsilçisi 16 xalla Premyer Liqanın vahid lideridir.
Qeyd edək ki, 2005-ci ildə təsis olunan “Simurq” ukraynalı Roman Pokoranın rəhbərliyi altında artıq 4 mövsümdür Premyer Liqada yarışır.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0