Kimin əvvəli, kimin axırı
21.10.2009 - 09:16
İngiltərənin “Liverpul” klubu son 22 ilin anti-rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, britaniyalılar Çempionlar Liqasının qrup mərhələsində Fransa “Lion”u ilə ev oyununda 1:2 hesabı ilə uduzmaqla, ardıcıl 4-cü dəfə məğlubiyyətlə üzləşib.
İngiltərə Premyer Liqasının ən güclü 4 klubundan biri sayılan “Liverpul” 1987-ci ildən bəri belə uğursuzluq yaşamamışdı. Hazırda Rafael Benitesin rəhbərlik etdiyi kollektiv qrupda 3-cü pillədə qərarlaşır.
Qeyd edək ki, “Liverpul” “Lion”dan öncə Çempionlar Liqasında “Fiorentina”ya, İngiltərə çempionatında isə “Çelsi” və “Sanderlend”ə uduzub.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0