Milli komandanın futbolçuları üçün zirehli gödəkçələr
22.10.2009 - 14:15
Almaniya yığmasının futbolçuları 2010-cu il dünya çempionatında zirehli gödəkçələr geyinəcəklər. Apasport.az saytının məlumatına görə, Bundestim gələn ilin yayında Cənubi Afrika Respublikası keçiriləcək final mərhələsində özünü qorumağı lazım bilir.
Almaniya Futbol İttifaqının əməkdaşlarının və milli komanda üzvlərinin təhlükəsizliyini təmin edən şəxsi mühafizə idarəsinin rəhbəri Günter Şnelle CAR-da görəcəkləri tədbir haqda danışıb: “Nümayəndə heyətimizin oteldən kənara çıxmaq imkanlarını minimuma endirəcəyik. Əks halda, təhlükəsizliyi təmin etmək üçün onlara zirehli gödəkçə geyindirəcəyik. Həmin müddətdə almanlar silahlı əməkdaşlarının mühafizəsi altında olmalıdırlar”.
Qeyd edək ki, bu, təşviş CAR-da cinayətkarlığın səviyyəsinin yüksək olması ilə izah edilir.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0