Azərbaycan yığması üçün ilk və çətin sınaq
23.10.2009 - 10:48
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində debütü sabah rəsmiləşəcək. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə belə yarışa qatılan yığmamız İsveç millisi ilə üz-üzə gələcək.
FİFA reytinqində IV olan skandinaviyalılar 2003-cü ildə dünya çempionatının gümüş, 1991-ci ildə bürünc mükafatını qazanıb. 1984-cü ildə Avropa çempionu olan rəqibimiz daha 3 dəfə qitənin II, 1 dəfə isə III komandası olub. Cari seçmə mərhələdə artıq bir oyun keçirən Tomas Dennerbyunun yetirmələri üçün yığmamızla oyuna qrupun lideri kimi çıxacaq. Şamil Heydərovun rəhbərlik etdiyi millimiz isə nisbətən zəif Uelslə görüş ərəfəsində ciddi rəqiblə matçdan üzüağ çıxmağa çalışacaq.
Qeyd edək ki, seçmə oyunları keçirilən 2011-ci ildə baş tutacaq dünya çempionatı sayca 6-cı olacaq. Son iki çempionatın qalibi Almaniya, həmçinin ABŞ 2, Norveç isə 1 dəfə planetin ən güclüsü olub.
24 oktyabr
14:00. Azərbaycan - İsveç
Baş hakim: Karina Suzanna Vitulano (İtaliya)
Baş hakimin köməkçiləri: Marinella Kaissutti, Culiana Quarino (hər ikisi - İtaliya)
Dördüncü hakim: Ülviyyə Mustafayeva (Azərbaycan)
Hakim-inspektor və UEFA nümayəndəsi: Atanassios Briakos (Yunanıstan)
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

1 | İsveç | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
2 | Belçika | 2 | 1 | 0 | 1 | 2-2 | 3 |
3 | Uels | 2 | 1 | 0 | 1 | 2-1 | 3 |
4 | Azərbaycan | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
5 | Çexiya | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0