Türkiyədə Azərbaycan bayrağına hörmətsizlik edənlər cəzalandırıldılar
24.10.2009 - 20:57
Bursada futbol üzrə Türkiyə - Ermənistan matçında stadiona Azərbaycan bayrağının buraxılmaması qərarından sonra bayraqları toplayıb qutulara dolduran polislər işdən azad edilib.
Apasport.az saytının xəbərinə görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Bursa valisi Şahabettin Harput məlumat verib. Vali bildirib ki, hadisə ilə bağlı aparılan araşdırma başa çatıb.
Vali qeyd edib ki, hadisəninn araşdırılması zamanı 10 ölkə miqyasında yayımlanan, 3 yerli televizyasının və polisin özünün apardığı çəkilişlərə baxılıb.
Nəticədə Azərbaycan bayraqlarının azarkeşlərdən alınaraq əvvəlcədən hazırlanmış qutulara doldurulması zamanı işdə nöqsanlara yol verdiyinə görə, 1 polis komandiri, iki sıravi polis nəfəri vəzifəsindən azad edilib.
Vali həmçinin bildirib ki, araşdırmaların nəticələri, həmçinin video çəkilişlər Bursa Polis İdarəsi tərəfindən yerli prokurorluq orqanlarına göndərilib. Hazırda araşdırmalar prokurorluqda davam etdirilir.
Mənbə: apa.az

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0