Şok: 10 futbolçu birdən-birə öldürüldü!
26.10.2009 - 11:47
Venesuelanın cənub-qərbində 10 kolumbiyalı futbolçunun meyiti tapılıb. Apasport.az saytının məlumatına görə, təxminən iki həftə öncə oğurlanan bu oyunçuların çoxsaylı güllə yaraları almış cəsədləri Kolumbiya ilə sərhəddə olan Taçira ştatında aşkarlanıb.
Venesuelanın hakimiyyət dairələri bildiriblər ki, ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş davam edir. Hüquq-mühafizə orqanları hadisəyə görə məsuliyyəti ELN qruplaşmasının silahlanmış qanadının üstünə atıb. Bu versiyanı sağ qalan yeganə girov da təsdiqləyir. Həlak olan futbolçular “Las Maniceros” komandasında oynayıblar.
Futbolçuların girov götürülməsinin və öldürülməsinin motivləri hələ məlum deyil. Cinayət törədilməsində ilkin ehtimal kimi, döyüşçülərin qruplaşmaya cəlb edilməsi göstərilir.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0