Səmədovun komanda yoldaşına Bakıda nə tapşırıblar?
26.10.2009 - 15:13
“Moskva” klubunun yarımmüdafiəçisi Dmitri Tarasov Azərbaycanda tapşırıq alıb. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsində milli komandamıza qarşı oyuna (1:1) sonradan çağırılan gənc futbolçu Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə ehtiyatda qaldı. Buna baxmayaraq, o, hollandiyalı baş məşqçi Qus Hiddinkin köməkçisi Aleksandr Borodyukdan təlimat aldıqlarını bildirib: “Borodyuk Bakıdakı oyundan sonra bizə - mənə və Oleq Kuzminə yaxınlaşıb dedi ki, pley-off oyunlarına hələ 3 tur var və hər şey özünüzdən asılıdır. Yaxşı oynasanız, yenidən yığmaya çağırılacaqsınız”.
Qeyd edək ki, “Moskva”da soydaşımız Aleksandr Səmədovla birgə çıxış edən Tarasov tezliklə bu komandanı tərk edəcək. “Zenit” dayaq yarımmüdafiəçisinin keçidini demək olar həll etməklə, bu transferdə Moskva “Spartak”ını qabaqlaya bilib.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0