A/H1N1 virusu Premyer Liqaya ayaq açdı
26.10.2009 - 16:53
Dünyada sürətlə yayılan A/H1N1 virusu Premyer Liqaya da ayaq açıb. Apasport.az saytının məlumatına görə, Fransa PSJ komandasından sonra İngiltərənin “Blekbern” klubunun futbolçuları da “donuz qripi”nə yoluxublar.
Baş məşqçi Sem Ellardays klubun rəsmi saytına bunları deyib: “Futbolçularımızdan Devid Dann və Kris Sambada bu virus tapılıb. Daha bir neçə futbolçumuzun da “donuz qripi”nə yoluxması ehtimalı var. Ümid edirəm ki, onlar “Mançester Yunayted”lə səfər oyunumuza qədər sağalacaqlar”.
Qeyd edək ki, PSJ-nin bir neçə futbolçusu, o cümlədən təcrübəli Lüdoviq Jülidə “donuz qripi” aşkarlandığı üçün bu komandanın Fransa çempionatın son turunda “Marsel”lə səfər matçı təxirə salınıb.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0