Üçüncü divizion klubu “Real”ı rüsvay etdi
28.10.2009 - 11:20
İspaniya kuboku uğrunda yarışda növbəti matçın nəticəsi Madrid “Real”ının azarkeşlərini şoka salıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu” 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə üçüncü divizion təmsilçisi “Alkorkon”a 0:4 hesabı ilə uduzub. Bu görüşdə baş məşqçi Manuel Pelleqrini əsas heyət üzvlərinin çoxuna istirahət verib. Kriştianu Ronaldonun yoxluğunda Raul və Kərim Benzema ön xətdə heç nə ilə yadda qalmayıblar.
“Alkorkon” hesabı 16-cı dəqiqədə Borxanın qolu sayəsində açıb. Bundan 6 dəqiqə sonra Arbeloa avtoqola imza atıb. Fasiləyə 5 dəqiqə qalmış hesab “Real” üçün biabırçı həddə çatıb - 0:3. Ernestonun qolunun ardından Borxa 52-ci dəqiqədə oyunda son nöqtəni qoyub.

- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
0
0