Allan Lalinin komanda yoldaşı dünyada ikincidir
30.10.2009 - 12:06
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar futbolçularının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurum 2009-cu ildə keçirilən beynəlxalq oyunlarda ən azı 7 qol vuran oyunçuların siyahısını tərtib edib.
Milli komandalardakı qarşılaşmalar, həmçinin qitə kuboklarındakı nəticələrin nəzərə alındığı cədvələ 65 futbolçu daxil olub. Sonuncu dəfə ötən ay açıqlanan siyahıda ciddi dəyişikliklər qeydə alınıb ki, bu da liderin dəyişməsi ilə bağlıdır. Neçə vaxtdır dünyanın ən məhsuldar oyunçusu adını qoruyan braziliyalı Luis Fabiano (13 qol, 11-i yığma, 2-si klubda) zirvəni əldən verib. Birinci pilləyə isə Yaponiya yığmasında 14 qol vuran, “Şimitsu”nun hücumçusu Şini Okazaki yüksəlib.
İkinci pillədə Karlos Alberto Pavon qərarlaşıb. “Xəzər-Lənkəran”ın honduraslı hücumçusu Allan Lalinlə uzun müddət həm yığma, həm də yerli “Real” klubunda komanda yoldaşı olan Pavonun da hesabında 14 top var. Lakin o yığmada 9, klubda 5 dəfə fərqlənib. Ən çox qol vuran avropalı isə Türkiyənin “Qalatasaray” klubunda çıxış edən çexiyalı Milan Baroşdur. O klub və yığmanın hərəsində 6 qolun müəllifi olub.
Qeyd edək ki, siyahıda Azərbaycan yığmasının və Unibank Premyer Liqasında çıxış edən klubların təmsilçiləri yer almayıb.

0
0