Şahin Diniyev “Lujniki” stadionundan da əliboş qayıtdı - YENİLƏNİB
30.10.2009 - 20:55
Bu gün Rusiya Premyer Liqasında XXVII tura start verilib. Apasport.az saytının məlumatına görə, Şahin Diniyevin baş məşqçisi olduğu “Terek” Moskvada “Lujniki” stadionunda MOİK-in qonağı olub.
Bakı vaxtı ilə saat 19:00-da başlayan görüş həmyerlimizin Rusiyanın güclülər dəstəsində ikinci sınağı olub. Diniyev debütdə Samarada yerli “Krılya Sovetov”la görüşüb və 0:2 hesabı ilə uduzub.
Həmyerlimiz bu sınaqdan da məğlub ayrılıb. İlk yarı meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 1:0. 3-cü dəqiqədə Tomas Nesid vurduğu erkən qolla Diniyevin komandası məğlub duruma düşüb.
İkinci hissədə isə qapılara top vurulmayıb və qarşılaşma MOİK-in qələbəsi ilə başa çatıb.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0