Baş məşqçi “İmperial” otelinə “atıb”
02.11.2009 - 15:58
Bolqarıstanın “Botev” klubunun baş məşqçisi Enriko Piçioni həbs oluna bilər. Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis Bolqarıstanda məskunlaşdığı “İmperial” otelinin rəhbərliyi tərəfindən məhkəməyə verilib. Otel sahibləri Piçioninin onlara 60 min avro ödəməli olduqlarını söyləyiblər. Məsələyə münasibət bildirən məşqçi deyib ki, bu, rəhbərliyin problemidir: “Mən baş məşqçiyəm. Mehmanxanalarda pul paylamaq mənim işim deyil. İşim klubda çalışmaqdır”.
Məsələni araşdıran hüquq mühafizə-orqanları əcnəbi çalışdırıcıya borclarını ödəmək üçün 1 ay vaxt verib. Əks təqdirdə, Piçioni fırıldaqçılığa görə həbs olunacaq.
Məsələni araşdıran hüquq mühafizə-orqanları əcnəbi çalışdırıcıya borclarını ödəmək üçün 1 ay vaxt verib. Əks təqdirdə, Piçioni fırıldaqçılığa görə həbs olunacaq.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0