Avropanın 4 ölkəsindən Bakıya hakimlər gəlir
03.11.2009 - 11:55
Futzal üzrə UEFA kubokunun elit-raundunun Bakıda keçiriləcək oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan çempionu “Araz” klubunun çıxış edəcəyi D qrupunun görüşlərinə Oleq İvanov (Ukrayna), Paskal Frits (Fransa), Marselino Blazkuezsierra (İspaniya) və Paskal Lemal (Belçika) təyin olunub. “Araz” Qazaxıstanın “Kayrat”, Latviyanın “Nikars” və Yunanıstanın “Atina-90” klubları ilə bir qrupda mübarizə aparacaq. Oyunlar noyabrın 19-da, 20-də və 22-də Bakı İdman Sarayında keçiriləcək.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0