“Neftçi”nin futbolçuları Azərbaycanı tərk edirlər
03.11.2009 - 15:26
Bakının “Neftçi” klubunun estoniyalı müdafiəçiləri Dmitri Kruqlov və Taavi Ryahn Tallinə yollanacaqlar. Apasport.az saytının məlumatına görə, hər iki futbolçu milli komandalarının bu ayın 14-də Albaniya yığması ilə Estoniya paytaxtında keçiriləcək yoldaşlıq görüşünə dəvət alıblar.
Milli komandanın baş məşqçisi Tarmo Rüytli açıqladığı siyahıda növbəti dəfə “Neftçi”nin oyunçularına güvənib. Kruqlov 2 ilə yaxındır “Neftçi”nin şərəfini qoruduğu halda, Ryahn cari mövsümdən bu imkana malikdir. Estoniya FİFA-nın son reytinq cədvəlində 103-cü, Albaniya isə 97-ci yerdə qərarlaşıb.
Tallində Unibank Premyer Liqasının iştirakçılarının qarşıdurması ola bilər. Belə ki, Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Admir Teli Albaniya milli komandasının üzvüdür. Düzdür, Admir son vaxtlar yığmaya çağırılmasa da, hər halda, baş məşqçi Yosip Kujenin genişlənmiş siyahısında yer alıb. Xorvat mütəxəssis Teliyə dəvət göndərəcəyi təqdirdə, “Neftçi” və “Qarabağ”ın futbolçuları Estoniya paytaxtında üz-üzə gələcəklər.

- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
0
0