Almanlar “Neftçi” klubuna qarşı
06.01.2010 - 15:00
Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı zamanı “Neftçi” futbol klubu 4 yoldaşlıq görüşü keçirəcək. Bu haqda Lent.az-a komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, “flaqman” yanvarın 19-da Rumıniyanın “Qloriya” komandası ilə qarşılaşacaq. Bundan 3 gün sonra “Neftçi” “Antalyaspor”la üz-üzə gələcək. Yanvarın 25-də Ukrayna “Çernomorets”ini sınağa çəkəcək “ağ-qaralar” son oyununu Almaniya klublarından biri ilə keçirəcək. Adı hələ müəyyənləşməyən rəqiblə görüş yanvarın 27-ə təsadüf edəcək.
Qeyd edək ki, “Neftçi” Antalyaya yanvarın 18-də yollanacaq. Hazırlıq prosesi 11 gün davam edəcək.

- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0