İordaniyalılar milli komandamızın bütün xərclərini öz üzərinə götürdü
06.01.2010 - 15:04
Fevralın 22-dən martın 1-dək İordaniyada təlim-məşq toplanışı keçəcək Azərbaycan yığmasının bütün xərclərini bu ölkənin futbol assosiasiyası öz üzərinə götürüb. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Onun sözlərinə görə, AFFA yalnız milli komandamızın İordaniyaya uçuş xərcini çəkəcək.
“Digər xidmətlər isə yığmamız üçün təmənnasız olacaq. İordaniyalılar bir həftəlik təlim-məşq toplanışı zamanı daxili nəqliyyat, otel və qida xərclərini özləri ödəyəcəklər” - deyə Məmmədov vurğulayıb.
Milli komandamız fevralın 25-də İordaniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Martın ilk günündə sözügedən ölkəni tərk edəcək futbolçularımız Lüksemburqa yollanacaqlar. Məqsəd martın 3-də Lüksemburq yığması ilə qarşılaşmaqdır.

- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0