“Tvente” Vaqif Cavadovu İspaniyaya aparmır
06.01.2010 - 17:26
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovu sıralarına qatmağa yaxın olan Hollandiyanın “Tvente” klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, 2010-cu ilin hazırlıqlarına doğma Enshede şəhərində start verən Erediviziyanın lideri məşq etməyə imkan tapmır.
Güclü qar yağdığından komandanın Hollandiyadakı bazasının durumunu pis vəziyyətə salıb. Amma bu “Tvente”yə əyləncə bəxş edib. Belə ki, Vaqifi bəyənib transferini istəyən baş məşqçi Stiv Maklaren yetirmələrinə topla deyil, qartopu ilə hazırlıq keçib.
Lakin “Tvente”nin üzləşdiyi çətinlik müvəqqəti xarakter daşıyır. Artıq şənbə günü İspaniyaya yollanacaq hollandiyalılar qısa La-Manqa toplanışından yararlanacaq. Gələn həftə - yanvarın 17-də ölkə çempionatının “Utrext”lə matçına çıxacaq Enshede təmsilçisi həmin oyunadək geri dönməlidir.
Cavadov isə İspaniya toplanışına qatılmayacaq. Buna onun yalnız həftəsonu, yəni gələcək klubu ölkəsini tərk edəndən sonra Hollandiyaya yollanması səbəb olacaq. Bu isə o deməkdir ki, tərəflər arasında müqavilənin imzalanacağı halda, Vaqif “Tvente”yə ən yaxşı halda, “Utrext”lə qarşılaşma öncəsi qoşulacaq.

- "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
- Rosenyor Paris klubuna baş məşqçi təyin olundu - Rəsmi müqavilə
- Qurban Qurbanov jurnalistlər önünə çıxacaq
- “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi keçirilib - FOTO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA?
0
0