Vidiç Ferqyussonla “dalaşıb”?
09.01.2010 - 00:52
“Mançester Yunayted”in baş məşqçisi ser Aleks Ferqyusson və serbiyalı müdafiəçi Nemanya Vidiç arasında mübahisə olub. Apasport.az saytının xəbərinə görə, bu barədə İngiltərənin “The Daily Star” qəzeti yazıb.
Hadisə yanvarın 6-da İngiltərə kubokunun 1/32 final çərçivəsində “Lids”lə oyundan əvvəl baş verib. Qarşılaşmanın başlamasına az vaxt qalmış adının əsas heyətdə olmadığını öyrənən 28 yaşlı futbolçunun Ferqyussona sərt reaksiya verdiyi bildirilir. Oyundan əvvəl mətbuat konfransında çalışdırıcıya Vidiçin adının nəyə görə heyətə salınmadığı sualı verildikdə o, “Komanda daxilindəki məsələləri heç kimə deyə bilmərik” cavabını verib.
Xatırladaq ki, həmin görüşdə məğlub olan “Mançester Yunayted” (0:1) İngiltərə kubokunda mübarizəni dayandırıb. Bu hadisədən sonra Vidiçin Mançesteri tərk edəcəyi ilə bağlı şayiələr daha çox artmağa başlayıb. Onun həyat yoldaşının da Mançesterdəki həyatından məmnun olmadığı bildirilir.

- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
0
0