“İnter” ilk transferini reallaşdırdı - FOTO
11.01.2010 - 15:06
Azərbaycan milli komandasının qapıçısı Rauf Mehdiyev karyerasını Bakının “İnter” klubunda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 34 yaşlı qapıçı son vitse-çempionun qış fasiləsində ilk transferi olub.
Rauf yeni klubu ilə bu gün Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanıb. Mehdiyevi “İnter”də böyük rəqabət gözləyir. Belə ki, komandanın gürcü baş məşqçisi Kaxaber Sxadadzenin sərəncamında üç qapıçı – həmyerlisi Georgi Lomaya, braziliyalı Raymundo Vilson və milli komandamıza da cəlb olunan 19 yaşlı Səlahət Ağayev olub. Ancaq Vilson ciddi zədələndiyi üçün uzun müddətə sıradan çıxıb.
Qeyd edək ki, ötən yay “Olimpik”dən “Simurq”a keçən Rauf yalnız Avroliqada İsrailin “Bney Yehuda” klubu (0:1 və 0:3) ilə oyunlarda iştirak edib. Uzun müddət zədə problemi olan təcrübəli qapıçı ölkə daxili yarışlarında Zaqatala təmsilçisində debüt etməyib. Mehdiyev transfer vərəqini alandan sonra sərbəst futbolçu kimi “İnter”lə münasibətlərini rəsmiləşdirib.

- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?
0
0