Qurban Qurbanov Frank Raykaardla nədən danışdı? - FOTO
11.01.2010 - 15:29
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray” klubunu çalışdıran holland həmkarı Frank Raykaardla görüşüb. Apasport.az saytının məlumatına görə, 38 yaşlı çalışdırıcı “Cim Bom”un düşərgəsində təcrübə keçdiyi müddətdə Raykaardla da ünsiyyət qurub. Qurbanovla səmimi görüşən holland mütəxəssis onun Azərbaycandan gəlməsini maraqla qarşılayıb. “Qarabağ”ın çalışdırıcısı ilə 15 dəqiqə görüşən Raykaard sonda onunla xatirə şəkli çəkdirib.
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib
- Bu günün futbol matçları – Hansı oyun hansı kanalda?
0
0