“Azərbaycanla oyunumuz fəlakətlə nəticələndi”
22.01.2010 - 00:28
“Biz Azərbaycan yığmasından belə oyun gözləyirdik və bilirdik ki, bu komanda qrupun favoritidir. Rəqib çox güclü idi. Bu isə mənim komandam üçün fəlakətlə nəticələndi”. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Çexiyanın futzal üzrə milli komandasının baş məşqçisi Tomas Neumann deyib.
Onun rəhbərlik etdiyi kollektiv Avropa çempionatının A qrupunda keçirilən oyunda milli komandamıza 1:6 hesabı ilə uduzub. Neumann “Azərbaycanla qarşılaşmadan sonra yetirmələrinizə nə dediniz” sualını belə cavablandırıb: “Belə şeylər olur. Yanvarın 23-də Macarıstanla keçirəcəyimiz matçda yəqin ki, taktiki cəhətdən dəyişikliklər edəcəyəm. Həmin görüş həlledici xarakter daşıyır. Həm bizim, həm də macarların Azərbaycana qarşı ağır oyunumuz olub. Bütün suallara meydan sahibləri ilə oyunda aydınlıq gələcək”.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0