Elxan Məmmədov: Qitə çempionatındakı uğur münasibətilə xalqımızı təbrik edirəm
22.01.2010 - 14:44
“Futzal üzrə milli komandamızın Avropa çempionatının növbəti mərhələsinə qrup lideri kimi adlaması münasibətilə AFFA rəhbərliyi adından xalqımızı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
O, Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsinin ilk iki turunu qələbə ilə başa vuran Azərbaycan yığmasının nailiyyətini çox yüksək dəyərləndirib: “Bu, millimizin ən böyük tarixi uğurudur. Qeyd etmək istərdim ki, milli komandamıza belə bir mötəbər yarışa hazırlığı üçün AFFA tərəfindən hərtərəfli şərait yaradılıb. Millimizə azarkeş dəstəyinin təmin olunması məqsədilə ölkəmizin Macarıstandakı səfirliyi və qonşu dövlətlərdə yaşayan soydaşlarımızla əlaqə saxlanılaraq onların komandamıza dəstək olmasına yardımçı olmuşuq. Qazandığımız qələbələrdə zəhməti olan hər bir şəxsə dərin minnətdarlığımızı bildirməklə qələbələri xalqımıza həsr edirik”.
Qeyd edək ki, Macarıstanı 3:1, Çexiyanı 6:1 hesabı ilə məğlub edən yığmamız 1/4 finala A qrupunun qalibi kimi vəsiqə qazanıb.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0