Azərbaycan yığması “Şaxtyor”la heç-heçə etdi
22.01.2010 - 15:37
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, bu gün baş tutan qarşılaşmada yığmamızın rəqibi Ukraynanın “Şaxtyor” klubunun əvəzedici heyəti olub. Almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri bu oyunda heç-heçə ilə kifayətlənib – 2:2. Komandamızın qollarını Eşqin Quliyev və Natiq Kərimi vurublar.
Qeyd edək ki, U-21 Antalyadakı ilk oyununda Şotlandiya təmsilçisi “Reyncers”in əvəzedici komandası ilə görüşmüşdü. Həmin matçda britaniyalılar 3:0 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, U-21 Antalyadakı ilk oyununda Şotlandiya təmsilçisi “Reyncers”in əvəzedici komandası ilə görüşmüşdü. Həmin matçda britaniyalılar 3:0 hesabı ilə qalib gəlmişdi.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0