Azərbaycanlılar Budapeşt küçələrində
22.01.2010 - 21:02
Avropa çempionatının 1/4 finalına yüksələn Azərbaycan futzal yığmasının üzvləri bu gün istirahət ediblər. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, baş məşqçi Joze Alesio da Silva Çexiya ilə prinsipial qarşılaşmadan sonra yetirmələrinə istirahət verib. Bundan yararlanan futzalçılarımız Budapeştin mərkəzi küçələrini gəziblər, görməli yerlərində olublar. Milli komandamız 1/4 final matçının hazırlığına sabahdan etibarən başlayacaq. Bu mərhələnin oyunu isə yanvarın 25-də keçiriləcək. Rəqibimiz ya İtaliya, ya da Ukrayna olacaq. Avropa çempionatına yanvarın 30-da yekun vurulacaq.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0