Andrey Tveryankin: ...Onda Ukrayna yığmasını məğlub etməliyik
25.01.2010 - 12:45
“Ukrayna yığması haqda fikrim birmənalı deyil. Mən bilirəm ki, bu, böyük ənənələri olan yaxşı komandadır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan yığma komandasının qapıçısı Andrey Tveryankin deyib.
Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsində uğurla çıxış edən yığmamız qrup qalibi kimi 1/4 finala çıxıb. Komandamız yarımfinala vəsiqə qazanmaq üçün bu gün Ukrayna yığmasını məğlub etməlidir.
Milliləşən rusiyalı qapıçımız bildirib ki, növbəti rəqibləri qrupda tam fərqli iki oyun göstərib: “Ukraynalılar Belçika yığması ilə oyunu çox inamlı və dinamik keçirdi. Ancaq İtaliya ilə görüşdə nə baş verdiyini bilmirəm. Ya yorğunluq, ya da qələbəyə inamsızlıq və gücə qənaət problem yaratdı. Bu üzdən onların oyunu xoşuma gəlmədi. Əgər biz öz sözümüzü demək istəyiriksə və hansısa idman iddiamız varsa, onda Ukrayna yığmasını məğlub etməliyik”.
Qeyd edək ki, Azərbaycan – Ukrayna oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0