U-21 yenə uduzdu
25.01.2010 - 15:56
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Bernard Lippertin yetirmələri Ukraynanın “Dnepr” klubunun əvəzedici komandası ilə qarşılaşıb. Türkiyədə ikinci dəfə uduzan futbolçularımız bu matçda 1:2 hesabı ilə məğlub olub. Komandamızın heyətində yeganə qolu Eşqin Quliyev vurub.
Qeyd edək ki, Antalya toplanışında üçüncü oyununu keçirən U-21 ilk iki matçda Şotlandiyanın “Reyncers” (0:3) və Ukraynanın “Şaxtyor” (2:2) klublarının əvəzediciləri ilə qarşılaşmışdı.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0