“Qarabağ” “Şaxtyor”un əvəzedici heyətinə məğlub oldu
25.01.2010 - 16:29
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Ağdamın “Qarabağ” klubu bu gün növbəti yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Ukraynanın “Şaxtyor” klubunun əvəzedici heyəti ilə qarşılaşıb. UEFA kubokunun qalibi olan Donetsk təmsilçisinin əsas heyətinin Rumıniya “Styaua”sı ilə qarşılaşdığı vaxtda əvəzedicilər ağdamlılarla görüşdə zəif olmadığını sübut edə bilib. Belə ki, ukraynalılar “Qarabağ”ı 3:1 hesabı ilə məğlub edib. Təmsilçimizin yeganə qolunu Emin İmaməliyev vurub.
Qeyd edək ki, Türkiyədə son yoxlama matçını da bu gün keçirəcək ağdamlılar Rumıniyanın “Qloriya” klubu ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0