FİFA milli komandaların 2010-cu il üçün ilk reytinq cədvəlini açıqladı
03.02.2010 - 13:56
FİFA milli komandaların 2010-cu il üçün ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması mövqeyini dəyişməyib.
Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız 2009-cu ili başa vurduğu 114-cü yerdə qalıb. Hesabında 236 xal olan yığmamız UEFA-da 45-ci pilədə yerdədir. Milli komandamızın qarşıdakı yoldaşlıq görüşləri üçün rəqiblərindən Lüksemburq (195 xal) 4 pillə irəliləyərək, 124-cü, 5 pillə irəliləyən İordaniya yığması (276 xal) 106-cı yerə yüksəlib. FİFA-nın reytinq cədvəlində ilk “üçlük” də dəyişməyib – İspaniya (1627 xal), Braziliya (1568 xal), Hollandiya (1288 xal). Daha bir pillə geriləyən Türkiyə yığması (728 xal) 42-ci yerə düşüb.
Qeyd edək ki, FİFA yanvarda reytinq cədvəlini açıqlamamışdı.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0