1 oyunda 17 sarı vərəqə
04.02.2010 - 10:36
Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində “İstanbul BB” və “Trabzonspor” klubları arasında keçirilən matçda futbolda nadir hallarda rast gəlinən hadisə baş verib. Apasport.az saytının məlumatına görə, görüşün baş hakimi oyun ərzində 17 dəfə əlini cibinə ataraq, futbolçulara sarı vərəqə “paylayıb”.
Daha əsəbi görünən meydan sahiblərinin 10 üzvünə xəbərdarlıq edilib. “Trabzonspor”dan isə 7 futbolçu xəbərdarlıq alıb. Hakimin sarı vərəqə göstərməkdən yorulduğu matç meydandakı gərginliyin əksinə olaraq, “sülh”lə nəticələnib - 1:1.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0