Yığmanın futbolçusunun 8 mühafizəçisi var
04.02.2010 - 13:25
Bir neçə gün öncə “Mançester Siti”dən “Santos”a icarəyə verilən Robinyo mühafizəçilərinin sayını artırıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu Braziliyada yaşadığı vaxtda 8 mühafizəçinin əhatəsində olacaq.
Braziliya milli komandasının da şərəfini qoruyan Robinyonun “Dumanlı Albion”da 4 mühafizəçisi olub. Lakin o, “Santos”a keçdikdən sonra özünün və ailəsinin təhlükəsizliyini daha da ciddi qorumaq fikrinə düşüb. Buna görə də təhlükəsizlik xidməti əməkdaşlarının sayı iki dəfə artırılıb.
Mühafizəçilərlə bağlı əlavə xərci də “Mançester Siti” rəhbərliyi ödəyəcək. Müqaviləyə əsasən, Robinyonun “Santos”da olacağı 6 ay müddətində bütün xərclər ingilislər tərəfindən ödənilməlidir.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0