“Tahir Süleymanovun vitse-prezident səlahiyyəti “Neftçi”nin saytında xəbər yerləşdirməkdən ibarətdir”
04.02.2010 - 14:14
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov ən qısa müddətdə istefaya göndəriləcək. Derbi.az saytının yaydığı xəbərə görə, əslində Süleymanov bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşdırılmalı idi. Sadəcə Sadıq Sadıqov o vaxt reallaşan prezident dəyişikliyinin ardından Süleymanovun bir müddət daha postunda qalmasını, necə deyərlər, “sular durulandan” sonra vitse-prezidentin göndərilməsini məsləhət bilib. Sayt, həmçinin bildirir ki, əslində Tahir Süleymanovun vitse-prezident səlahiyyəti “Neftçi”nin saytında xəbər yerləşdirməkdən ibarətdir.
Qeyd edək ki, “Neftçi” klubunun saytı hazırda bağlanıb və təxminən bu ayın sonlarında istifadəyə veriləcək.
Qeyd edək ki, “Neftçi” klubunun saytı hazırda bağlanıb və təxminən bu ayın sonlarında istifadəyə veriləcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0