Zaur Tağızadə Almaniyaya gedir
05.02.2010 - 00:01
Bakının “Neftçi” klubunun kapitanı Zaur Tağızadə yenidən cərrahiyyə əməliyyatı olunacaq. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib. Onun sözlərinə görə, 31 yaşlı futbolçu növbəti dəfə zədə problemi ilə üzləşib.
“Çox təəssüf ki, Zaur hələ də bizə kömək edə bilmir. Onun zədə problemi qalmaqdadır. Yenə də diz nahiyəsində problemi var. Bu gün Tağızadə ilə görüşəcəyəm. O hələ ilk dövrədə Türkiyədə əməliyyat olunsa da, dizi tam sağalmayıb. Belə olan halda, yenidən əməliyyat olunmasına ehtiyac var. Zauru yenidən Türkiyəyə yox, bu dəfə Almaniyaya yollanmağı nəzərdə tutmuşuq” – deyə baş məşqçi bildirib.
Qeyd edək ki, karyerası boyu dəfələrlə zədə problemi ilə üzləşən Tağızadə uzun müddət bu səbəbdən yaşıl meydandan kənarda qalıb. Sağ cinah yarımmüdafiəçisinin üzərində saysız-hesabsız əməliyyatlar aparılıb.

- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0