“Qalatasaray” 10 nəfər qalmış rəqibinə qol vura bilmədi
07.02.2010 - 00:36
Türkiyə Superliqasının XX turunda “Qalatasaray” klubu xal itkisi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” səfərdə “Kayserispor”la qolsuz bərabərliyə razılaşıb.
Hərçənd, istanbulluların qələbə qazanmaq şansı böyük olub. Hətta 64-cü dəqiqədə “Kayserispor”dan Hakan Aslantaş qırmızı vərəqə alıb. 26 dəqiqə say üstünlüyünə malik olan “Qalatasaray” rəqibin müqavimətini qıra bilməyib.
Hazırda “sarı qırmızılılar” 43 xalla 2-ci pillədə qərarlaşıblar. Əzəli rəqibindən bir oyun az keçirmiş “Fənərbaxça” eyni xalla 1-ci sıraya sahibdir. “Kayserispor” isə 39 xalla ilk “üçlüy”ü tamamlayır.

- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
0
0