Təqvim fevralın 17-18-də bilinəcək
07.02.2010 - 16:58
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının da çıxış edəcəyi A qrupunun oyunlarının təqvimi fevralın 17-18-də müəyyənləşəcək. Bu haqda apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Bu gün Polşanın paytaxtı Varşavada keçirilən Avro-2012-nin seçmə mərhələsinin püşkatma mərasiminə qatılmış Məmmədov təqvimlə bağlı müzakirələrin təşkil olunacağı məkanı da açıqlayıb: “İkigünlük görüş Almaniyanın Frankfurt şəhərində keçiriləcək. Müzakirələr üçün məhz bu şəhərin seçilməsinin əsas səbəbi odur ki, bütün ölkələrdən bura təyyarə reysi var və Frankfurta toplaşmaq çətin deyil”.
Qeyd edək ki, yığmamız A qrupunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan komandalarını sınağa çəkəcək.

- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
0
0