Dieqo Maradonadan yeni rekord
08.02.2010 - 09:52
Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, hazırda Argentina yığmasına başçılıq edən Maradona milli komandada 15 ay ərzində 101 futbolçu sınayıb. O, fevralın 10-da Yamaykaya qarşı keçiriləcək yoldaşlıq görüşünün hazırlığı üçün daha 6 yeni oyunçuya dəvət göndərib.
Maradonanın belə qısa vaxtda xeyli futbolçunu sınaması heç də birmənalı qarşılanmayıb. Mütəxəssislər argentinalı dünya çempionunun optimal heyəti müəyyənləşdirməkdə böyük çətinlik çəkdiyini bildirirlər. Bu ilin yayında CAR-da baş tutacaq dünya çempionatına da Maradonanın debütantlar aparacağı istisna olunmur.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0