Milli komandamızın futbolçusu Braziliyada da qol vurur
08.02.2010 - 14:58
Azərbaycan yığmasının sabiq futbolçusu Leandro Qomeş Braziliyanın “Amerikano” klubunda qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, 34 yaşlı hücumçu Rio-de-Janeyro ştatının çempionatında keçirdiyi ikinci oyunda fərqlənməklə, komandasının qələbəsində pay sahibi olub.
Belə ki, ardıcıl 6 məğlubiyyət alan “Amerikano” son turda qarşılaşdığı “Dukue de Saksias” klubunu 3:2 hesabı ilə məğlub edib. İlk 5 turda istisnasız olaraq İtakare ilə Zambini hücum xəttində oynadan və sonda istefaya yollanan Heron Ferreyranı əvəzləyən Alfredo Sampayo ön xətdə islahatlara ehtiyac duyub. İlk dəfə olaraq start heyətində yer alan Leandro Patriklə birlikdə tandem təşkil edib. Elə hər 3 qolu da onlar vurub. Qomeş 46-cı dəqiqədə komandasının ikinci qolunu vuraraq hesabı 2:0-a çatdırıb. Matçın 78-ci dəqiqəsində əvəzlənən futbolçumuz həmin vaxtadək sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, Rio-de-Janeyro çempionatı iki turnirdən Quanabara və Rio birinciliklərindən ibarətdir. “Amerikano” 7 turdan ibarət olan Quanabaranı A qrupunun 8 komandası arasında 7-ci pillədə bitirib. Yarımfinal mərhələsində isə “Flamenqo”, “Fluminense”, “Vasko de Qama” və “Botofoqo” vəsiqə qazanıb.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0