İqor Ponomaryov yığmamzın şansını dəyərləndirdi
08.02.2010 - 22:52
“Fikrimcə, Azərbaycan yığması çətin qrupa düşüb. Əsas mübarizə Türkiyə ilə Almaniya arasında gedəcək. Almaniya qrupun şəksiz favoritidir. Türkiyə ilə yanaşı, Belçika və Avstriya da qrupda 2-cilik uğrunda oynayacaqlar. Avstriya yığması 2008-ci il Avropa çempionatından sonra forma yığmaqdadır. Qazaxıstana da ciddi yanaşmaq lazımdır”. Apasport.az saytının xəbərinə görə, bu sözləri milli komandamızın keçmiş baş məşqçisi İqor Ponomaryob deyib.
Avro-2012-nin püşkü barədə lent.az saytına fikirlərini bildirən Ponomaryov hesab edir ki, Bakıda Belçikadan xal almağımız mümkündür: “Yığmanın baş məşqçisi olduğum vaxt bu rəqiblərdən Türkiyə ilə 2002-ci il dünya çempionatının seçmə tsiklində qarşılaşmışıq. Həmin vaxt da “ay-ulduzlular” güclü idilər. Dünya çempionatının bürünc medalını qazandılar. Elə indi də Türkiyə futbolu inkişafdadır. 2 il öncə Avropa çempionatının bürünc medalını qazanıblar. Bir sözlə, bu qrupda Azərbaycanı çətin oyunlar gözləyir”.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0