“Turan”ın məşqçisi: Bu oyunun nəticəsini hakim müəyyənləşdirdi
09.02.2010 - 16:43
“Bərabər səviyyəli oyun keçdi. Hər iki komanda gözəl oyun göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tovuzun “Turan” klubunun məşqçisi Sakit Alıyev deyib.
Unibank Premyer Liqasının XIX turunun “Qəbələ” ilə səfər oyunundan sonra keçirilən mətbuat konfransında cəzalı baş məşqçi Nizami Sadıqovu əvəzləyən Alıyev hakimlikdən narazılığını ifadə edib: “Lakin nəticəni hakim müəyyənləşdirdi. Onun qapımıza təyin etdiyi penalti düzgün deyildi. Bu səhv birbaşa oyunun nəticəsinə təsir etdi”.
Öz meydanında 1:0 hesabı ilə qalib gələn qəbələlilərin baş məşqçisi Ramiz Məmmədov isə hakimliklə bağlı tam fərqli fikirdə olduğunu bildirib: “Həmkarımızn fikirləri ilə razı deyiləm. Hakimlik yüksək səviyyədə idi. Oyun ərzində dəfələrlə qol imkanlarımız oldu. Belə oyunla layiqli qələbə qazandıq”.

- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
0
0