“Neftçi”nin qapısına 5 penalti, Məlikova qırmızı vərəqə vermək olardı”
09.02.2010 - 17:44
“Neftçi” – “Bakı” oyununun hakimliyi qonaq komandanın baş məşqçisi Bülənt Korkmazı narazı salıb. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının XIX turunun mərkəzi qarşılaşmasındakı hakim səhvləri 41 yaşlı türkiyəli mütəxəssisi məyus edib.
Korkmaz qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Vüsal Əliyevin bəzi qərarlarının yanlış olduğunu bildirib: “Meydanın vəziyyəti ağır idi. Buna baxmayaraq, oyunçularımın əzmkarlığı məni razı saldı. Fikrimcə, qapımıza təyin olunan penalti düzgün deyildi. Elə penaltilərin 5-ni rəqibin qapısına təyin etmək olardı. Üstəlik, Rail Məlikova da qırmızı vərəqə verməli idi”.
Qeyd edək ki, “Neftçi” - “Bakı” oyunu 1:1 hesabı ilə başa çatıb.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0