Maklaren təəssüfləndi: Cavadovun 10 oyun kənarda qalması ürəkaçan deyil
11.02.2010 - 11:05
“Vaqifin zədələnməsinə çox təəssüfləndim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Hollandiyanın “Tvente” klubunun baş məşqçisi Stiv Maklaren deyib.
49 yaşlı ingilis mütəxəssis Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun zədələnərək, Enshede təmsilçisinin hazırlıqlarından kənar qalmasına münasibət bildirib. Maklaren ötən ay böyük ümidlərlə Ağdamın “Qarabağ” klubundan transfer olunan 21 yaşlı hücumçunun 4-6 həftə müddətində kənarda qalmasına üzüldüyünü açıqlayıb: “Bu onun üçün çox pis oldu. Çünki komandamızın yeni transferidir və 10 oyun kənarda qalması heç də ürəkaçan deyil”.
Qeyd edək ki, “Tvente”nin düşərgəsində zədələnən Cavadov meniskdən əməliyyat olunub.

- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0