Avro-2012: Yığmamızın oyunlarının təqvimi fevralın 22-də bəlli olacaq
11.02.2010 - 18:10
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının da mübarizə aparacağı A qrupu oyunlarının təqviminin müəyyənləşdirilməsi ilə bağlı aparılacaq müzakirələrin tarixi dəyişdirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, təqvim fevralın 18-də yox, 22-də məlum olacaq. Bu dəyişikliyin səbəbi açıqlanmır.
Təqvimlə əlaqədar keçiriləcək tədbirin yeri isə dəyişməyib. AFFA rəsmiləri ilə yanaşı, Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstanın nümayəndələri Frankfurt şəhərinə toplaşacaqlar.
Təqvimlə əlaqədar keçiriləcək tədbirin yeri isə dəyişməyib. AFFA rəsmiləri ilə yanaşı, Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstanın nümayəndələri Frankfurt şəhərinə toplaşacaqlar.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0