“Neftçi” Mingəçevirə itkilərlə yollandı
12.02.2010 - 14:40
“Karvan”la oyuna hazırlaşan “Neftçi” artıq Mingəçevirə yollanıb. Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən xəbərə görə, “Riverside” mehmanxanasında məskunlaşacaq flaqman sabahkı oyuna itkilərlə çıxacaq. Belə ki, Cavid Hüseynovla Leonard Naydin cəzalı olduqları üçün “Karvan”la oyunda iştirak etməyəcəklər. Həmçinin zədəsini sağaltmaqla məşğul olan Zaur Tağızadə ilə Tural Nərimanovun oynamayacaqları dəqiq bilinsə də, Ruslan Abışovun meydana çıxıb-çıxmayacağı sual altındadır.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0